Onlayn ictimai-siyasi qəzet
Bakıda özəl şirkətdə işləyən Böyük Britaniya vətəndaşını şantaj edən qadınların cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, E. Nəsrəddinova 11 il, Y. Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan Y.Məmmədova məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
Qeyd edək ki, qadın müttəhimlər ingilis iş adamını rüsvayedici şəkilləri ilə şantaj edib, hədə-qorxu və dələduzluq yolu ilə ondan 205 min manat alıblar.
Nəsrəddinovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələb etmə), 178.3.2 (dələduzluq-külli miqdarda törədildikdə), (təkrarən və xeyli miqdarda dələduzluq) maddələri, Y. Məmmədovaya isə 178.2.1 (dələduzluq-qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ