İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Ukrayna üçün 800 milyon dollara yaxın vəsait ayırır

Böyük Britaniya hökuməti ilin sonuna qədər Ukraynaya Dünya Bankı xəttilə 484 milyon dollar məbləğində kredit zəmanəti verməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu məlumat Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin ABŞ dövlət katibi Entoni Blinkenlə birlikdə Kiyevə səfərinin yekunlarına dair açıqlamada yer alıb.

Britaniya XİN-in açıqlamasında qeyd olunur ki, bu vəsait məktəblərin və xəstəxanaların fəaliyyətinin saxlanması, dövlət qulluqçularının maaşlarının ödənilməsi və pensiyaçılara köməklik göstərilməsinə yönəldiləcək. Xarici İşlər Nazirliyi qeyd edib ki, söhbət Britaniya tərəfinin ötən il elan etdiyi 3 milyard dollarlıq ümumi zəmanət paketinin bir hissəsi kimi Ukraynaya kredit yardımının verilməsinin ikinci mərhələsindən gedir.

Bundan əlavə, London Ukraynanın enerji sektorunu və digər humanitar layihələri dəstəkləmək üçün 242 milyon funt sterlinq (315 milyon dollar) də ayıracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR