Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya 10 neft tankerini Rusiyanın sanksiyalar siyahısına daxil edib.
Musavat.com Britaniya hökumətinin açıqlamasına istinadən xəbər verir ki, sanksiya altına düşən tankerlər "Nikolay Zuyev", "SCF Vankor", "Vladimir Tixonov", "SCF Baltica", "NS Asia", "Leonid Loza", "Olympiysky Prospect", "Zaliv Aniva", "NS Clipper", "NS Corona" adlı tankerlərdir.
Panama bayrağını daşıyan Zaliv Aniva istisna olmaqla, bütün tankerlər Qabon bayrağı ilə üzürlər.
Sanksiya siyahılarında qeyd olunur ki, sadalanan gəmilər Rusiya neftinin və ya neft məhsullarının üçüncü ölkələrə daşınmasında iştirak edir.
Sentyabrın 10-da Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Aerokosmik Qüvvələri, Rusiya hərbi-nəqliyyat aviasiyasının komandanlığı, 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi və Rusiyanın 5 nəqliyyat gəmisi də sanksiya siyahısına daxil edilib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ