Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Keir Starmer istənilən sülh sazişinin həyata keçirilməsini təmin etmək üçün Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazır olduğunu bildirib.
Publika.az xəbər verir ki, Starmerin sözlərini “The Telegraph” sitat gətirib.
"Böyük Britaniya Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır. Buna, Böyük Britaniyanın ən azı 2030-cu ilə qədər artıq ildə 3 milyard funt sterlinq verdiyi Ukrayna ordusuna əlavə dəstək də daxildir. Bu həm də, lazım gələrsə, öz qoşunlarımızı yerləşdirməklə Ukraynanın təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hazır olmaq istəyi deməkdir”, - ”, - Starmer bildirib.
Starmer qeyd edib ki, "Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol bizim qitəmizin təhlükəsizliyini təmin etməyə kömək edir".
Britaniyanın baş naziri əmindir ki, müharibənin sonu Rusiya prezidenti Vladimir Putinin yeni hücumu qarşısında müvəqqəti fasilə ola bilməz.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi şərhçi Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ