Onlayn ictimai-siyasi qəzet
Martın 21-də neftin qiyməti artaraq 72 ABŞ dolları ötüb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, qiymətlərə ABŞ-nin İranın neft sektoruna qarşı sanksiyaları genişləndirməsindən sonra güclənən tədarükün azalması, eləcə də "OPEC+" ölkələrində hasilatın artıqlığını kompensasiya etmək planlarının dərci ilə bağlı gözləntilər təsir edir.
Bakı vaxtı ilə saat 09:05-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 1 barel üçün 72,16 ABŞ dolları təşkil edib. Bu, əvvəlki günün hərraclarının bağlanış qiymətinə nisbətən 0,16 ABŞ dolları (0,22 %) çoxdur. Bir gün əvvəl belə müqavilələrin qiyməti 1,22 ABŞ dolları (1,72 %) artaraq 72 ABŞ dolları/barelə çatıb.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin may fyuçersləri isə bu vaxta qədər 0,19 ABŞ dolları (0,28 %) artaraq bir barelə görə 68,26 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyanın nəticələrinə görə, onlar 1,16 ABŞ dolları (1,73 %) bahalaşaraq 68,07 ABŞ dolları/barel təşkil edib. Bağlanma vaxtı dünən başa çatmış aprel müqavilələri isə 1,1 ABŞ dolları (1,64 %) artaraq 68,26 ABŞ dolları olub.
Həftənin əvvəlindən neftin hər iki növü üzrə müqavilələrin dəyəri 2 %-dən çox artıb.
22 Mart 2025
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ