İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyanın “Trampı” məğlub olmadığını deyir

Braziliya prezidenti Jair Bolsonaru bazar günü seçkilərdən sonra ilk ictimai çıxışında məğlubiyyətini qəbul etmədiyini söyləyib.

Musavat.com xəbər verir ki, dövlət başçısı tərəfdarlarının səsvermə ilə bağlı etirazlarının qəzəb və ədalətsizlik hisslərinin nəticəsi olduğunu deyib.

Bununla belə, o, seçkilərin nəticələrinə etiraz etmədiyini və öz aparat rəhbəri Çiro Nogeyraya yeni seçilmiş prezident Luiz İnasio Lula da Silvanın nümayəndələri ilə keçid prosesinə başlamaq səlahiyyəti verdiyini açıqlayıb.

Qeyd edək ki, radikal siyasətçinin tərəfdarları məğlubiyyətlə barışmayaraq magistral yolları bağlayıb, bəziləri isə keçmiş prezident Lulanın hakimiyyətə qayıtmasının qarşısını almaq üçün hərbi çevrilişə çağırıblar.

Lakin Balsonarunu səmimi hesab etməyənlər də çoxdur. Yerli ekspertlər onun sakit təslim olmayacağını dilə gətirirlər.

“Bolsonaru son çıxışı ilə yanğını söndürmədi. O, şossedə nümayişçiləri tənqid etmədən sadəcə onlara müraciət etdi. Bununla o, daha çox ekstremist ardıcıllarını səfərbər edir”, - deyə “Hold Legislative Advisors” siyasi risk analitiki André Sezar söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR