İnsanlara hürriyət, millətlərə istiqlal!

BP minlərlə işçini ixtisar edəcək  


Britaniyanın enerji şirkəti BP işçi qüvvəsini 5% və ya təxminən 4700 nəfər azaltmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı CNBC şirkətin bəyanatına istinadən yayıb.
Məlumata görə, bundan əlavə, BP 3 minə yaxın podratçının xidmətlərindən imtina edəcək.
Keçən ilin sonlarında şirkətin rəhbəri Mürrey Okinkloss 2026-cı ilin sonuna qədər xərclərin ən azı 2 milyard dollar azaldılmasını nəzərdə tutan tədbirlər paketini açıqlayıb. Bu gün açıqlanan ixtisarlar bu tədbirlərin bir hissəsidir.

Bu həftənin əvvəlində BP ötən ilin dördüncü rübünə dair göstəricilərinin 3-cü rüblə müqayisədə pisləşəcəyini açıqlayıb.

Son 12 ayda şirkətin bazar kapitallaşması 3,1 faiz azalaraq 66,87 milyard funt-sterlinqə (81,62 milyard dollar) düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR