İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Slavyan Savaşı - 1 il! Münxendə qırılan qələm, Paşinyanın vardanyanlığı – "DƏRİN TƏHLİL"

Rusiya - Ukrayna müharibəsinin ildönümündə "Dərin təhlil" var

Volodyanı kimlər aldatdı, niyə özünü və Rusiyanı "izqoy" duruma saldı, onu müzakirə edəcəyik.

Savaşan slavyanların itkiləri - qorxunc statistika: bəs bu müharibə Avrasiya türklərinə hansı imkanları açdı? Darmadağın olmaq həddinə gəlmiş Rusiyanın indi tək çarəsi qalıb - yola Putinsiz davam etmək! Bunu kimlər, hansı variantda edə bilər? Putin getsə (vəzifədən, ya da bu dünyadan), Rusiya qurtulacaqmı, ona müharibədən çıxış bileti veriləcəkmi?

Təbii ki, əsas olaraq, Xankəndi və Laçın dəhlizindəki gəlişmələr təhlil ediləcək.

ABŞ-ın iştirakı ilə aparılan Münxen danışıqlarında Prezident Əliyev Vardanyanın qələmini elə qırdı ki, şaqqıltısı Xankəndidən eşidildi. Maraqlı gəlişmədir: bəs Münxendə başqa hansı məsələlər barədə anlaşmalar olub? Azərbaycan Laçın dəhlizinə gömrük və sərhəd postunu nə zaman qoyacaq? Görünən budur ki, Amerikanın da qəbul etdiyi bu təklif Münxendəki üçlü görüşdə (Əliyev - Paşinyan - Blinken) razılaşdırılıb. O zaman əqrəblər hansı saata tənzimlənib? Moskva saatı 2025-ci il deyir. Bəs ABŞ-ın saatında hansı tarixdir? Dərhal və indimi? Buna ruslar nə deyər?

Xocalıdan danışacağıq...

Nəyə görə Xocalını və digər torpaqlarımızı öz suverenliyimiz çərçivəsinə sala bilmirik? "Fərrux dağı əməliyyatı" bir model olaraq gündəmdən çıxdımı?

Türkiyəmizdən mütləq söz edəcəyik!

Qardaş ölkə yaralarını sarıyır: bəs 3 ay sonrakı kritik seçkini keçirə biləcəkmi? Regionun yeni geopolitik arxitekturasına və Azərbaycanın strateji maraqlarına birbaşa dəxli olan bu seçkilərdən ermənilərin hansı gözləntiləri var?

Gündəmdə olan digər məsələlər də müzakirə olunacaq! Musavat.com oxucularını TV Müsavat efirinə dəvət edir.

Keçid linklərimiz:

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR