Onlayn ictimai-siyasi qəzet
Çinli geoloqlar mərkəzi Hunan əyalətində 600 milyard yuan (82,8 milyard dollar) dəyərində qızıl ehtiyatları tapdıqlarını açıqlayıblar.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin Geologiya İdarəsi məlumat yayıb.
İdarə "WeChat" sosial şəbəkəsində "Pinçyan rayonundakı Vanqu qızıl mədənində böyük irəliləyiş" barədə bəyanat yayıb.
Geoloqlar yerin 2000 metr dərinliyində 40-dan çox qızıl damarını aşkar ediblər.
"Proqnozlaşdırılan qızıl ehtiyatları yerin 3000 metr dərinliyində yerləşir və 1000 tonu keçəcək. Resursların dəyəri 600 milyard yuan olacaq", – deyə idarə məlumat verib.
Çin Qızıl Sənayesi Assosiasiyasının məlumatına görə, 2023-cü ildə Çin 375,16 ton qızıl hasil edib ki, bu da bir il əvvəlkindən 0,84% çoxdur. Eyni zamanda, qızıl istehlakı 1089,69 ton təşkil edib ki, bu da illik müqayisədə 8,78% çoxdur.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ