Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Ukraynaya 3 milyard dollar verəcək.
Musavat.com Ukraynanın “İnsayder” nəşrinin Böyük Britaniyanın baş naziri Keyra Starmerin Kiyevə səfərinin yekunlarına dair məlumatına əsasən xəbər verir ki, vəsait dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə olunan gəlir hesabına qaytarılacaq.
Bundan əvvəl Britaniya KİV-ləri Londonun Kiyevin alınan vəsaitlə hansı silahları alacağı ilə bağlı veto hüququnu özündə saxlamaq niyyətində olduğuna dair məlumat yaymışdı.
Böyük Britaniya Qərbdə bloklanan Rusiya aktivlərindən əldə olunan mənfəətdən istifadə edərək Ukraynaya 50 milyard dollar kredit ayırmağı öhdəsinə götürən “Böyük Yeddilik” qrupunun üzvlərindən biridir.
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ