Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya baş naziri Kir Starmer qlobalizasiya siyasətinin uğursuzluğuna dair açıq şəkildə bəyanat verib.
Musavat.com xəbər verir ki, "The Times" nəşrində yer alan məlumata görə, Starmer bildirib ki, qlobalizasiya bir çox sadə insan üçün işləməyib. O, ticarət müharibələrinin həll yolu olmadığını vurğulayıb və bunun əvəzinə alternativ bir yol göstərməyin mümkün olduğunu qeyd edib.
Baş nazir Donald Trampın tətbiq etdiyi siyasətləri tənqid etsə də, onu həmçinin bir səbəbə görə dəstəkləndiyini etiraf edib. “Dünya dəyişdi, qlobalizasiya dövrü başa çatdı, biz yeni bir eraya qədəm qoyuruq”, - deyə Starmer əlavə edib.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ