İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrell ABŞ-ın gələcək rəhbərini diktator Franko ilə müqayisə etdi

Bu ilin dekabrın 1-də vəzifəsindən ayrılacaq Avropa Birliyi diplomatik xidmətinin rəhbəri Cozep Borrell, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründəki ölkəni İspaniyada diktator Fransisko Frankonun hakimiyyəti ilə müqayisə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Borrell bu sözləri Avropa Parlamentində Avropa Birliyi və ABŞ arasındakı münasibətlərə dair keçirilən dinləmələrdə səsləndirib.

“Trampın ABŞ-ı, Obamanın dövründəki ölkə deyil. Bunu İspaniyada Felipe Qonzales (1982-1996) və Franko (1936-1975) dövrləri ilə müqayisə edə bilərsiniz,” – deyə Borrell çəkinmədən vurğulayıb.

Onun sözlərinə görə, diktator Franko və prezident Tramp arasında yalnız bir fərq var: Franko Almaniya və İtaliya faşistlərinin dəstəyi ilə iqtidara gəlib, Tramp isə ABŞ vətəndaşlarının seçicilərinin dəstəyi ilə hakimiyyətə gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR