İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrel: “ABŞ-da baş verənlərdən asılı olmayaraq, Aİ Ukraynaya yardımı dayandırmayacaq”  

“Avropa İttifaqı ABŞ-da baş verənlərdən asılı olmayaraq, Kiyevə maliyyə yardımı göstərməyə və artırmağa davam edəcək”.

Musavat.com xəbər verir ki, bu sözləri Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Kiyevə səfəri zamanı mətbuat konfransında bildirib.
"Avropa İttifaqı Ukraynaya maliyyə dəstəyi verməyə davam edəcək. Biz hətta onu artırmaq niyyətindəyik, çünki baş verənləri ekzistensial təhlükə hesab edirik, yardımımız uzunmüddətlidir və Birləşmiş Ştatlarda baş verənlərlə heç bir əlaqəsi yoxdur”, - Borrell bildirib.

O həmçinin Ukrayna tərəfini əmin edib ki, Aİ-nin yardımı Ukrayna Silahlı Qüvvələrinin hücumunun nəticələrindən asılı deyil və bunun Rusiya istehkamlarına görə çətin olduğunu etiraf edib.
Borrell vurğulayıb ki, hərbi əməliyyatları davam etdirmək üçün Avropa İttifaqı bu ilin əvvəlindən Ukraynaya yalnız “300 min 155 mm-lik mərmi və 2,6 min raket” verib. O, Aİ-nin Ukrayna üçün sursat istehsalını artırmağa davam edəcəyinə söz verib.

Borrelin verdiyi məlumatdan o da aydın olub ki, Rusiyanın hücumu başlanandan indiyədək Aİ Ukraynaya ümumilikdə 85 milyard avro yardım ayırıb ki, bunun 25 milyard avrosu bilavasitə hərbi dəstəkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR