İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstanın baş naziri postuna namizəd hökuməti qurmaqdan imtina edib

Bolqarıstan hökumətinin başçısı vəzifəsinə namizəd Mariya Qabriel siyasi tərəfdaşlarla razılığa gəlmək və yeni kabinet formalaşdırmaq cəhdlərini davam etdirməkdən imtina edib.

“Baş nazir postundan imtinam haqqında parlamentə məktub təqdim edəcəyəm”, - Qabriel deyib.

Onun sözlərinə görə, partiyası “hökumətin ikinci variantı üzrə danışıqlarda iştirak etməyəcək”.

Siyasətçi onu da qeyd edib ki, o, hökumətdəki fəaliyyətini səlahiyyət müddəti bitənə qədər davam etdirəcək.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR