İnsanlara hürriyət, millətlərə istiqlal!

Boğulmaqda olan rejim “qaynar xətt” yaratdı

Artıq 7-ci gündür ki, Rusiya sülhməramlı kontingentinin Laçın yolunu kəsməsi səbəbindən Qarabağ separatçıları ilə Ermənistan arasında əlaqə kəsilib. Azərbaycan vətəndaşı hesab etdiyi Qarabağ ermənilərinə humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib və “qaynar xətt” yaradıb. Gülməlisi budur ki, Azərbaycanın atdığı addımdan sonra Qarabağ ermənilərinin kütləvi şəkildə Bakıya üz tutacağından ehtiyatlanan separatçı rejim də “qaynar xətt” yaradıldığını bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, s(arsaq) rejimin oyuncaq “informasiya qərargahı” Xankəndini Ermənistanla birləşdirən yeganə yolun bağlanması nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq, “vətəndaşlarla operativ əlaqəni təmin etmək üçün 119 qısa nömrəli qaynar xətt gecə-gündüz fəaliyyət göstərir” - açıqlamasını yayıb.

Ermənistan Respublikasında və xaricdə olanlar üçün (?) də telefon nömrəsi açıqlanıb. Çarəsiz qalmış sarsaq rejim təmsilçiləri problemləri olan şəxslərin zəng etməsini məsləhət görüblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR