Onlayn ictimai-siyasi qəzet
BMT Təhlükəsizlik Şurası (TŞ) Haitiyə qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirib.
"Report" TASS-a istinadən xəbər verir ki, qətnamə layihəsi yekdilliklə qəbul edilib.
Qətnaməyə səyahət qadağası və aktivlərin dondurulması, habelə silahların Haitidə sabitliyi pozan dəstələrin əlinə keçməsinin qarşısını almağa yönəlmiş silah embarqosu kimi tədbirlərin davam etdirilməsi daxildir.
Bununla yanaşı, sənəddə Haiti Milli Polisi tərəfindən silahların idarə edilməsinin təkmilləşdirilməsinin zəruriliyi vurğulanır və silah qaçaqmalçılığı ilə mübarizə üçün BMT ilə regional strukturlar arasında əməkdaşlığa çağırılır.
Ekspertlər qrupunun sanksiyalara əməl olunmasına nəzarət etmək səlahiyyəti də 13 ay uzadılıb.
Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci il iyulun 7-nə keçən gecə ölkə prezidenti Jovenel Moisenin öldürülməsindən, eləcə də həmin ilin avqustunda baş verən və 2,2 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ