İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin baş katibi Şimali Koreyanın peyk daşıyıcı raket buraxmasını pisləyib

 

BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın hərbi peyk daşıyan raket buraxmasını qətiyyətlə pisləyib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir. Bildirilir ki, ballistik raketlərdə tətbiq edilən texnologiyadan istifadə edildiyi istənilən buraxılış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə ziddir.

Qeyd olunur ki, BMT-nin baş katibi bir daha Pxenyanı davamlı sülh, habelə Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün bu cür hərəkətləri dayandırmağa və dialoqu tez bir zamanda bərpa etməyə çağırıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR