İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin SƏRƏNCAMI - İranın 6 milyard dolları və dustaq vətəndaşları qaytarılır

ABŞ dövlət katibi Entoni Blinken İranın Cənubi Koreyadan Qətərə 6 milyard dollarlıq aktivlərinin köçürülməsinə icazə verən sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə Associated Press (AP) ABŞ Konqresinə daxil olan bildirişə istinadən məlumat yayıb.

Blinken müqaviləni keçən həftənin sonunda imzalayıb, dünən qərarla bağlı Konqresə məlumat verilib.

ABŞ və İran da məhbusların mübadiləsi barədə razılığa gəliblər. Associated Press qeyd edir ki, İran həbsxanasında olan beş Amerika vətəndaşı hazırda ev dustaqlığına köçürülüb. Razılaşma çərçivəsində Vaşinqton ABŞ-da saxlanılan 5 İran vətəndaşını azad etməyə razılaşıb.

Bazar ertəsi İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Çafi deyib ki, İran və ABŞ arasında məhbus mübadiləsi yaxın gələcəkdə baş verə bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR