İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken Türkiyəyə Taxıl Təşəbbüsünün bərpasını təmin etmək səylərinə görə təşəkkür edib

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Dövlət katibi Antoni J. Blinken bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıb. Katib Blinken Rusiyanın razılaşmaya qayıtmasını təşviq etmək və Moskvaya BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara və qlobal ərzaq təhlükəsizliyini dəstəkləmək üzrə öhdəliklərinə davamlı sadiqliyin vacibliyini xatırlatmaqla ölkəsinin Qara Dəniz Taxıl Təşəbbüsünün bərpasını təmin etmək səylərinə görə xarici işlər nazirinə təşəkkür edib”, - N.Prays qeyd edib.

Bildirilib ki, tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq NATO-nun koordinasiya və birliyinin daha da yaxşılaşdırılması yollarını da müzakirə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR