Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Antoni Blinken Rusiya prezidenti Vladimir Putinin G20 sammitinə dəvət edilməsi şərtlərini açıqlayıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Blinken Fransaya səfəri zamanı bildirib ki, bütün üzvlər arasında konsensus əldə olunarsa və bu faydalı olarsa, Kreml rəhbəri G20 liderlərinin görüşündə iştirak edə bilər.
“Əgər bütün üzvlər arasında konsensus varsa və bu faydalıdırsa, bəli. Hazırkı vəziyyətdə bunun necə faydalı ola biləcəyini və bütün iştirakçılar arasında konsensusun necə əldə oluna biləcəyini təsəvvür etmək çətindir”, - deyə o qeyd edib.
Tərəflər arasında razılaşma ehtimalını şərh edən Blinken bildirib ki, ideya heç vaxt Rusiya və ya Putini G20-dən kənarlaşdırmaq olmayıb:
“Rusiyanın G20 və ya G7 ilə, bütün dünya ilə münasibətlərinə təkan verən Rusiya Federasiyası və Putinin hərəkətləri və siyasətidir. Ona görə də siyasət dəyişsə, biz heç nəyi istisna etmirik. Problem ondadır ki, hazırda siyasətin dəyişdiyinə dair heç bir sübut yoxdur. Və bu, Putinin siyasətinə görə belədir. Rusiya xaric edilmişlərdən deyil və bizim üçün vacib olan təkcə fərdlər deyil, həm də ölkələrin yürütdüyü siyasətdir”, - ABŞ dövlət katibi qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ