İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken Lavrovla MÜBAHİSƏ ETDİ

ABŞ dövlət katibi Antoni Blinkenlə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında mübahisə yaranıb.

Sfera.az bildirir ki, bu barədə Kanadanın “CBC” agentliyi məlumat yayıb. Qeyd olunub ki, sözügedən hadisə BMT Təhlükəsizlik Şurasının iclasında baş verib. Belə ki, Lavrov Ukrayna ilə bağlı çıxış edərkən Blinken də Rusiyanı hərbi cinayətlərdə ittiham edib.

“Blinken Lavrovu danladı. O, otağa girib əyləşəndə dövlət katibi Rusiyanı hərbi cinayətlərdə ittiham etməyə başladı” - materialda bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri isə ittihamlara cavab verib. “Biz “təcavüz”, “işğal” kimi sözlər eşidirik. Amma əsas səbəblər haqqında bir kəlmə də yoxdur”, - Lavrov bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Qərb Rusiyaya qulaq asmayıb və uzun illər Rusiyanı aldadıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR