İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitmiş oyunun protokolu – Ermənilər Qarabağa dair sənədləşməni ləngidir

 

Erməni və rus mediası israrla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin birgə görüş keçirməsinə dair təklifinə “Qarabağa dair” ifadəsi də qoşurlar.

Bu təklifdə isə Qarabağdan söhbət getmir, Ərdoğan ümumilikdə münaqişə vəziyyətində olan iki dövlətin – Ermənistan və Azərbaycanın münasibətlərinin normallaşmasına, aralarındakı ziddiyyətlərin çözülməsinə dair müzakirəni nəzərdə tutur.

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında başqa mübahisəli məsələlər də var: Zəngəzur dəhlizi, delimitasiya və demarkasiya olunası adsız təpələr, dərələr, ərazi iddialarından birdəfəlik vaz keçilməsi və s.

paşki.jpg (151 KB)

Ermənilər isə söhbəti mütləq fırlayıb Qarabağın üzərinə gətirirlər. Hətta Paşinyan da bu təklifə münasibət bildirərək deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşün müxtəlif variantları müzakirə olunur.

Paşinyan belə deyib: "Müxtəlif təkliflər və ideyalar var. Mən onlardan birini ayırmaq istəmirəm. Məsələ odur ki, bu, mənim şərh edəcəyim yeganə ideya deyil. Buna bütövlükdə baxmaq lazımdır".

Göründüyü kimi, Paşinyanın təklifə cavabı təxminən “məni çıxın, mən bu toyda oynamıram” deməkdir.

O, artıq Türkiyənin olduğu, Fransanın olmadığı ortamlarda olmaq istəmir.

Başqa sözlə, Paşinyan və komandası artıq Ermənistanın “beynəlxalq day-day”ını dəyişib. İndi o, Rusiyanı öz ölkəsinin hamisi saymır, bilir ki, “dörd ölkə, dörd lider” formatı ona sərf etmir, çünki Rusiya ondan narazıdır, həlledici məqamda onun tərəfində durmayacaq və erməni tərəf təklənəcək.

put-baş.jpg (26 KB)

Erməni təbliğatçılar isə yalançı “Qarabağ üzrə danışıqlar davam edir” görüntüsü yaratmaqla süni gündəm formalaşdırmaq, Qarabağ münaqişəsinin həlli üçün çoxtərəfli danışıqların, müzakirələrin davam etdiyini çatdırmaq istəyirlər. Halbuki indi gedən proses bitmiş oyunun protokollaşdırılmasıdır, ləngitməyin lüzumu yoxdur.

Bu günlərdə erməni siyasətçilərdən biri haqlı olaraq demişdi ki, özümüzü elə aparırıq, elə bil, müharibədə məğlub olmamışıq.

Erməni tərəf təxminən 2 ildir özünü belə bir ədada aparır ki, guya 2000-ci illərin əvvəlidir, Dağlıq Qarabağ tam olaraq, eləcə də 7 rayon bunların əlindədir, Rusiya arxalarında dağ kimi durub, ABŞ gizli, Fransa açıq dəstək verir, hərtərəfli güclüdürlər və heç bir güzəştə getməyə məcbur deyillər.

Ermənilər bu illüziyaya necə qapıldılar, reallıq hissini necə kütləvi şəkildə itirdilər, məlum deyil. Prinsipcə, 44 günlük müharibə, işğal edilmiş rayonların azad olunması, üstəlik, kompakt yaşadıqları Hadrut rayonunu itirmələri onları ayıltmalıydı.

ermeni=donz.jpg (10 KB)

Ancaq bu, olmadı, ermənilərin özünütəlqini və özünütəsəllisi güclü çıxdı. Belə anlaşılır ki, 10 noyabr – üçtərəfli bəyannamədə erməni hərbçilərin Laçın, Kəlbəcər və Ağdamdan yaxın 2 ayda çıxması şərti nəzərdə tutulmasaydı, hətta bu, bir il sonraya ertələnsəydi, ermənilər 1 ildən sonra dirəşəcək, “çıxmırıq” deyəcək və yeni hərbi əməliyyata rəvac verəcəkdilər.

Əslində epizodik olsa da, Laçında elə bir şey oldu. Ermənilər Laçının bəzi yaşayış məntəqələrindən çıxmaq istəmirdilər, ancaq onları sonda buna məcbur etmək lazım gəldi.

İndi onlar sönmüş ocağın külü ilə oynayırlar. Özləri də dəqiq bilirlər ki, bu cür inadkarlıqlarının, sağda-solda dirəşmələrinin, israrla “arsax-arsax” demələrinin cavabı verilərsə, əməliyyat nəinki 44 və 4 gün, hətta 44 saat da çəkməyəcək, bundan daha az müddətdə məsələ tamamilə həll olunacaq. Öz güclərini, əsas himayədarlarının yeni ovqatını, uzaqdakı havadarlarının tərəddüdünü bildikləri halda, bu, nəyin arxayınlığı, inadıdır?

ermeni-herbciler-qarabagdan-cixir-780x470.jpg (61 KB)

Çox az erməni anlayır ki, Azərbaycan dövlətinə tabe olmaqdan, onun yurisdiksiyasına keçməkdən başqa yolları yoxdur, üç gün tez, 5 gün gec, bu, baş verəcək. Bir çox ermənilər açıqlama verəndə deyirlər ki, gənc və yeniyetmə ermənilər gözlərini “müstəqil Qarabağ”da açıblar və Azərbaycan dövlətinin qanunlarından kənarda doğulub-böyüyüblər, onlar üçün psixoloji olaraq başqa dövlətin təbəəsi olmaq qəbuledilməzdir.

Fərqi yoxdur, Daşdəmirin yumşalması çətin olmur. Bu, hələ o demək deyil ki, Qarabağın dağıq hissəsində qurulmuş qanunsuz qurumda doğulub-böyümək onlara belə bir doğal haqq verir. İndi Laçın sərhəd məntəqəsində necə sakitcə, quzu kimi növbəyə durub, pasportlarına möhür vurdurub keçirlərsə, bir müddətdən sonra yeni pasportlarını da o cür daşımağa və möhürlətməyə məcbur olacaqlar.

Günlər keçdikcə “Laçın sərhəd-keçid məntəqəsinin ləğvini tələb edirik” transparantları da əhəmiyyətini itirir, hətta gülünc görünür. Bu, ona oxşayır ki, ermənilər Gürcüstandan da Cavaxetiyaya aparan yolun üstündəki sərhəd-keçid məntəqəsinin ləğvini tələb etsinlər. Edə bilərlərmi? Güclü olsalar, edəcəkdilər. Amma artıq gecdir. 44 günlük müharibə Gürcüstanın Cavaxetiya problemini də həll edib.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR