Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Bişkekdə fəaliyyət göstərən və Qazaxıstan vətəndaşlarının nəzarətində olan fırıldaqçı zəng mərkəzinin üstünü açıb.
Musavat.com xəbər verir ki, bu barədə “Veçerniy Bişkek” nəşri xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb.
Mərkəzin operatorları yaşlı insanlara zəng edərək onları pəhriz əlavələri, məişət texnikası, daha sonra isə lotereya biletləri almağa inandırıblar. Eyni zamanda, yaşlı vətəndaşlara pul köçürmələrinin böyük uduş şanslarını artıracağı bildirilib. İstintaq hesab edir ki, müştərilərə psixoloji təzyiq edilib.
“Çağrı mərkəzi” vergi orqanlarında qeydiyyatdan keçməyib. Baribarda platforması vasitəsilə zənglər üçün serverləri Qazaxıstanda yerləşən İP telefoniyadan istifadə edilib. MTDK-nin məlumatına görə, struktur transsərhəd çıxışı olan mütəşəkkil cinayətkar sxem kimi fəaliyyət göstərib.
Axtarışlar zamanı dördü azyaşlı olmaqla 43 nəfər saxlanılıb. Əməliyyat zamanı mobil telefonlar, noutbuklar və iş sənədləri götürülüb.
Qeyd edək ki, bu kimi “çağrı mərkəzi”ndə işləyən dələduzlar hər gün ölkəmizdə də minlərlə insana zəng edir, onları tora salmağa çalışırlar, hər gün azı 15-20 nəfər sadəlövh və məlumatsız şəxs onların tələsinə düşür.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ