Onlayn ictimai-siyasi qəzet
ABŞ sakini lotereya bileti seçimini yanacaqdoldurma məntəqəsinin işçisinə həvalə edib və 10 milyon dolların (təxminən 17 milyon manat) sahibi olub.
Kaliforniyadan olan Brent Yanq hansı lotereya oynayacağına qərar verə bilmədiyini və kömək üçün mağaza işçisinə müraciət etdiyini bildirib. Ona “California 200X” ani rəsm bileti verilib.
Kişi biletdəki qoruyucu təbəqəni siləndə, o, öz sözlərinə görə, şoka düşüb. Məlum olub ki, o, əsas lotereya cekpotunu qazanıb. “Bütün o sıfırları görəndə inanmadım. Dedim bu, mənim kimi insanların başına heç vaxt gəlmir”, - Yanq deyib.
Üstəlik, amerikalı yanacaqdoldurma məntəqəsinə təsadüfən gəldiyini etiraf edib. O, adətən benzini başqa yerdən alırmış, lakin onun adi yanacaqdoldurma məntəqəsi bağlanıb.
“Bu, sadəcə bir növ ilahi müdaxilədir. Bilet seçimini başqasına həvalə etdim. Və yanacaqdoldurma məntəqəm bağlı olduğu üçün getməyə başqa yerim yox idi. İşləsəydi, belə bir şey olmazdı” deyən adam gözlənilməz bəxtinə heyran qalıb.//Lent.az
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ