Onlayn ictimai-siyasi qəzet
Dünya pop musiqisinin qalmaqallı ulduzu Castin Biber Hollivud ulduzlarına müraciət ünvanlayıb.
Sənətçi bununla bağlı instaqram səhifəsində post yayımlayıb.
Biber bildirib ki, ətrafındakı insanlar ona paparatsilərdən uzaq olması üçün Los-Ancelesdən getməsini deyirlər, lakin onun belə bir niyyəti yoxdur:
“Qaranlıqdan qaçırıqsa, nəyisə necə dəyişə bilərik? Məni də Hollivudun təbiəti əsir götürdü, amma mən həyat yoldaşı və uşağı olan yetkin bir adamam və bununla (Hollivudun problemləri) heç nə etmək istəmirəm. Mən eqoist olduğuma görə özümü və məndən mənfəət əldə etmək və ya məni özləri kimi dəyərsiz etmək istədikləri üçün məndən istifadə edib təhqir edənləri bağışlayıram (paparatsiləri nəzərdə tutur - red.)”. (Olay)
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ