İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq ödənişlərdə dolların payı rekord həddə çatdı

Beynəlxalq bank xəbərləşmə sistemi olan SWIFT-lə reallaşan ödənişlərdə dolların payı rekord həddə çatıb.

SWIFT-in yaydığı statistikaya əsasən avqust ayə ərzində beynəlxalq ödənişlərin 48,03 faizi dollarla həyata keçirilib. Bu, iyuldakı 46,5 faizdən 2 faizədək çox olmaqla statistikanın aparıldığı son beş ildə maksimumdur.

Sistemlə reallaşdırılan beynəlxalq ödənişlərdə avronun payı azalıb – iyuldakı 24,42 faizə qarşı avqustda 23,2 faiz təşkil edib. Bu, beynəlxalq sistemin hesabatı dövründə Avropa valyutası üçün rekord aşağı göstəricidir.

Beynəlxalq ödənişlərdə ən çox istifadə edilən valyutaların reytinqində üçüncü yeri Britaniya funtu tutur ki, onun payı iyuldakı 7,63 faizdən avqustda 7,14 faizə enib.

Sonrakı yerlərdə payı 3,51 faizdən 3,68 faizə yüksələn Yapon yeni və 3,06 faizdən 3,47 faizə yüksələn Çin yuanı gəlir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR