İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşər Əsədin müraciətinə rədd cavabı verilib

Suriya prezidenti Bəşər Əsədin harada olması ilə bağlı heç bir dəqiq məlumat yoxdur.

Musavat.com bu barədə xarici mediaya istinadən bildirir. Məkumata görə, Əsəd onu qəbul etmək xahişi ilə bir neçə ölkəyə sorğu göndərib, lakin rədd edilib. Milli Müxalifət Koalisiyasının siyasi komitəsinin və İnqilabçı Qüvvələr (NCORS) üzvü Ənəs əl-Abda TASS-a müsahibəsində bildirib.

“Əsədin harada olması ilə bağlı hələlik dəqiq bir xəbər yoxdur. Biz bilirik ki, o, bir neçə ölkəyə, o cümlədən Rusiyaya getmək üçün icazə istəsə də, rədd cavabı alıb. Ola bilsin ki, hansısa Afrika ölkəsinə yollanıb. Suriya xalqı da öz növbəsində Suriya məhkəməsi tərəfindən mühakimə olunmaq istəyir”, - Rusiya KİV-dəki mənbə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR