İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin nəşəxorlar şəhərinə dönəcək – Marixuanadan istifadə leqallaşdırılır

Almaniya marixuananın yalnız müəyyən kateqoriyalı xəstələr üçün dərman vasitəsi kimi deyil, həm də asudə vaxt keçirməsi üçün bir maddə kimi istifadə edilməsinə icazə vermək qərarına gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin Nazirlər Kabineti artıq hesab edir ki, marixuana az miqdarda becərilə və satıla bilər. Amma bu proses ciddi şəkildə tənzimlənməlidir. Eyni zamanda, qanun layihəsi hələ Bundestaqda baxılmalı və qəbul edilməlidir.

18 yaşdan yuxarı şəxslərə 25 qram həcmində marixuana satmağa icazə veriləcək və üçdən çox bitkinin yetişdirilməsinə icazə verilməyəcək.

karl linbm.jpg (80 KB)

Almaniyada marixuana 1929-cu ildən qadağan edilib. İndi isə federal səhiyyə naziri, sosial demokrat Karl Lauterbaxın təzyiqi ilə hökumət bunu qismən leqallaşdırmaq qərarına gəlib. Əslində, bu addım onun hazırkı qanunvericilik dövründəki fəaliyyətinin əsasını təşkil edən üç partiyanın - Sosial Demokrat (SPD), Azad Demokrat Partiyası (FDP) və “Yaşıllar”ın koalisiya razılaşmasında öz əksini tapıb. Lauterbax özü deyir ki, marixuanadan istifadə ictimai sağlamlıq baxımından islah edilməlidir.

Bu işdə marixuananın istifadəsinin lehinə əsas arqument narkotik sferasını qismən dekriminallaşdırmaq cəhdidir. 2017-ci ildən alman həkimlərinə dərman məqsədləri üçün məhdud miqdarda marixuananı reseptə yazmalarına icazə verilib. Almaniyadakı həkimlərin fikrincə, bu “ot” davamlı ağrıların, yuxu pozğunluğunun və ya qəfil qorxuların aradan qaldırılması da daxil olmaqla 40-a yaxın xəstəliyin müalicəsində istifadə edilə bilər. Bu maddə xərçəng və HİV infeksiyasının müalicəsində də faydalı ola bilər.

İndi onlar marixuananın idarə olunan qeyri-kommersiya üsulu ilə becərilməsi və istehlakçılara satılmasından danışırlar. Düzdür, onu yalnız müvafiq icazə alan kooperativlərdə yetişdirmək, lisenziyalı yerlərdə və ciddi şəkildə 18 yaşdan yuxarı şəxslərə satmaq mümkün olacaq.

anasa-ber.jpg (12 KB)

Bununla belə, Almaniyanın “Merkur” qəzeti hökumətin təklif etdiyi addımların Aİ-nin mövcud qanunlarına və digər beynəlxalq müqavilələrə uyğun gəlmədiyinə diqqət çəkir. Alman hökumətinin bu qərarına qədər, az miqdarda marixuana saxlamaq cərimə və ya beş ilə qədər həbs cəzası ilə nəticələnirdi. Əgər onların sayı müəyyən edilmiş həddi aşarsa, o zaman 15 il müddətinə həbs nəzərdə tutulurdu.

Hökumətin marixuananı leqallaşdırmaq planına müxalifət, eləcə də polis əməkdaşlarının həmkarlar ittifaqı qəti şəkildə qarşı çıxıb. Onlar hesab edirlər ki, marixuananın qadağalarının yumşaldılması, xüsusilə gənclər arasında onun nəzarətsiz yayılmasına səbəb olacaq. Statistika göstərir ki, əgər 2010-cu ildə 18 yaşdan yuxarı gənclər arasında marixuanadan almanların 12,7%-i asudə vaxt keçirmək vasitəsi kimi istifadə edirdisə, 2021-ci ildə bu rəqəm 25%-ə yüksəlib. Eyni zamanda ondan sui-istifadə nəticəsində ölüm halları da məlumdur. Berlin Almaniyanın ən çox narkotik aludəçisi olan şəhəridir. Orada marixuananın orta illik istehlakı 11 tonu ötür.

Hökumətin təklifləri qanuna salınmalı və Bundestaq tərəfindən qəbul edilməlidir. Bu, böyük ehtimalla 2024-cü ildə baş verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR