Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti ölkənin xarici işlər naziri Annalena Berbokun ("Yaşıllar") 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi irəli sürülməsini planlaşdırır.
Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Almaniyanın yeni hökuməti formalaşana qədər Berbok xarici işlər naziri vəzifəsini icra edir. Yeni Nazirlər Kabinetinin aprelin 20-dək yaradılması planlaşdırılır. "Yaşıllar" koalisiya danışıqlarında iştirak etmirlər, ona görə də onların koaliosiyaya daxil olma ehtimalı azdır.
Baş Assambleyanın Berboku iyunda sədr seçəcəyi planlaşdırılır, sentyabrda isə o, yeni vəzifəsinin icrasına başlayacaq. DPA yazır ki, onun seçilməsi formallıq sayılır. Berbok vəzifəyə gəldikdən sonra Bundestaqın deputatı mandatından imtina edəcək. May ayında o, Nyu-Yorkda iş proqramını təqdim edəcək.
Almaniya hökuməti hesab edir ki, onun təyinatı Almaniyanın BMT prinsiplərinə qəti sadiqliyini nümayiş etdirəcək.
19 Mart 2025
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ