Onlayn ictimai-siyasi qəzet
"Qarabağ" Misli Premyer Liqasının 29-cu turu çərçivəsində evdə "Səbail"lə qarşılaşıb. Görüş "köhlən atlar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində yarımmüdafiəçi Yassin Benzia dubla imza atıb.
Musavat.com xəbər verir ki, matçdan sonra Benzia fanat.az-ın suallarını cavablandırıb:
- Çempionluq təmin olunub deyə, oyunlara hazırlaşmaq çətindir, ya asan?
- Baxmayaraq ki, biz çempion olmuşuq, amma hər oyuna ciddi yanaşırıq. Çünki bizim statusumuz var. Hər oyuna ciddi yanaşaraq meydana qələbə üçün çıxırıq.
- Bu gün iki qol vurdunuz.
- Önəmli olan bu gün qələbə qazanmaq idi. Komanda üçün vacib idi. Mən çox xoşbəxtəm.
- Son zamanlar performansınız yüksələn xətlə inkişaf edir. Milli komanda forması ilə bir qolunuz “Puşkaş mükafatı”na namizəd göstərilir. Bu haqda fikriniz necədir?
- Əlbəttə, buna görə çox xoşbəxtəm. Gözəl qol alındı. Mən bu performansı qazanmaq üçün çox çalışmışam. Son dövrlər bu məndə alınır. Buna görə, Allaha da təşəkkür edirəm.
- Bir zamanlar "Lion" da çıxış edərkən sizi Kərim Benzemanın əvəzedicisi olaraq görürdülər. Həmin dövrə qayıtdığınızı demək olar?
- Hazırda bəli, inkişaf edirəm. Öz baş məşqçimə və məşqçi korpusuna təşəkkür edirəm. Çünki onlar mənə xüsusi yanaşırlar. Mənim inkişafımda səy göstərirlər.
- Ötən həftə sizə gələn təkliflər barədə Fransa mətbuatına özünüz açıqlama vermişdiniz?
- Bəli, mənə belə təkliflər olub.
- Bəs hazırda necə, təkliflər var?
- Mən hazırda öz komandama diqqətimi yönəltmişəm. Bütün bu məsələlər barədə sezonun sonunda danışmaq olar.
- Faiz etibarilə, "Qarabağ"dan getməyiniz və ya qalmağınız barədə nə deyə bilərsiniz?
- Mən burda çox şadam. Mənim hələ bir il də müqaviləm var. Ona görə nəsə demek tezdir.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ