İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə sədri çökən binalara görə həbs olundu

Türkiyənin Qaziantep şəhərinin Nurdağı bələdiyyə sədri Ökkeş Kavak həbs olunub.

Musavat.com bu barədə “Qafqazinfo”ya istinadən xəbər verir.

Məlumata görə, bələdiyyə sədri zəlzələ zamanı çökən binalarla bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb. O, ilk ifadəsində daha əvvəl podratçı olduğunu, lakin bələdiyyə sədri seçildikdən sonra şirkəti qardaşına verdiyini bildirib. Məhkəmə tərəfindən barəsində həbs qərarı verilən Ö.Kavak həbsxanaya göndərilib.

Qeyd edək ki, zəlzələ nəticəsində ən çox zərər görmüş yerlərdən biri də Qaziantepin Nurdağı bölgəsidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR