İnsanlara hürriyət, millətlərə istiqlal!

“Belə qərarlar dövlətçiliyi ləğv edir" - Ermənilər Rusiya vətəndaşlığından MƏHRUM EDİLDİ

Ermənistan vətəndaşı etirazlardan sonra Rusiya vətəndaşlığından məhrum edilib.

Konkret.az xəbər verir ki, Moskva vilayətinin məhkəməsi Ermənistan əsilli fəal Arşak Makiçyanı 2004-cü ildə aldığı Rusiya vətəndaşlığından məhrum edib. Makiçyan başqa vətəndaşlığının olmadığını, müxalif fikirlərə və etiraz aksiyalarında müntəzəm iştirakına görə təzyiqlərin qurbanı olduğunu bildirib.

“Fridays for Future” (“Gələcək üçün cümə günləri”) ekoloji hərəkatının fəalı Arşak Makiçyanın sözlərinə görə, o, aktivliyi, müxalif baxış və əqidəsinə görə yeganə vətəndaşlığından məhrum edilib. Makiçyan isveçli ətraf mühit fəalı Qreta Tunberqin əsasını qoyduğu “Gələcək üçün cümə günləri” hərəkatında fəal iştirak edib. Makiçyan hər cümə günü piketlərə çıxıb və fevralın 24-də Rusiya qoşunlarının Ukraynada “xüsusi əməliyyat”ı başlayan gün pasifist aksiya keçirib. Oktyabrın 31-də “Mediazona”ya məlumat verilib ki, o, növbəti gün saxlanılıb.

Arşak Makiçyanla birlikdə onun iki qardaşı və atası da Rusiya vətəndaşlığından məhrum edilib.

Bundan əvvəl, iyunun 6-da məlum olub ki, prokurorluq əməkdaşları bu barədə vəsatətlə məhkəməyə müraciət edib,. Onlar Makiçyan və onun qohumları tərəfindən “bilərəkdən yalan məlumat” verildiyini hesab ediblər.

Arşak Makiçyanın sözlərinə görə, onun ailəsi Ermənistanı 1990-cı illərdə müharibə səbəbindən tərk edib. O, bir yaşından Rusiyada yaşayır, 2004-cü ildə Rusiya vətəndaşlığı alıb.

Hüquqşünas Maksim Oleniçevin sözlərinə görə, miqrasiya idarəsinin əməkdaşları Makiçyanın vətəndaşlıq alması əsasında əsas sənədləri itiriblər və buna görə məsuliyyət onların yox, fəalın üzərinə qoyulub.

“Belə qərarlar qanunları və Rusiya dövlətçiliyini ləğv edir. Qanunlar yalnız sizin xoşunuza gələnlər üçün işləməməlidir”, – Makiçyan Telegram kanalında məhkəmənin qərarını şərh edib.

Arşak Makiçyanın özü və qardaşları Armen Makiçyan və Qaqik Makiçyana, həmçinin onun atası Artur Makiçyana qarşı iş mayın 17-də Şatura şəhər məhkəməsinə verilib. Oktyabrın 20-də və 24-də bununla bağlı iclaslar keçirilib və oktyabrın 28-də qərar qəbul edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR