İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçika Əfqanıstanda döyüşmüş əsgərlərini Ukraynaya göndərir

Belçika Ukrayna ordusuna təlim keçmək üçün Ukraynaya 100 təlimatçı göndərəcək.

Musavat.com xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivin Dedonder yerli “Soir” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, NATO-nun Əfqanıstandakı döyüşlərdə iştirak edən Belçika təlimatçıları tərəfindən Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə snayper atıcılığı, kəşfiyyat, minalardan təmizləmə və digər döyüş növləri üzrə təlim keçmək üçün 18 kurs təşkil olunacaq. Avropa İttifaqı 15 minə yaxın ukraynalı hərbçiyə təlim keçməyi planlaşdırır. Kursların dekabr ayında başlaması gözlənilir.

Dedonder həmçinin gələn ilin may ayının sonuna qədər Belçikanın rəsmi Kiyevə sualtı minaların və casusluq avadanlığının müəyyən edilməsinə imkan verən 10 sualtı pilotsuz uçuş aparatı verəcəyini söyləyib. Ukraynaya həmçinin kimyəvi, radiasiya və bakterioloji vəziyyətə nəzarət etmək üçün nəzərdə tutulmuş 2 mobil laboratoriya göndəriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR