Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Monqolustan Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri zamanı həbs və ekstradisiya etməkdən boyun qaçırdığına görə cəzalandırmaq istəyir.
Musavat.com xəbə verir ki, bu barədə The Washington Post (WP) BCM-in yaydığı bəyanata istinadən məlumat yayıb.
Qəzet qeyd edir ki, Monqolustanın cəzasının sonda nə olacağı hələ bəlli deyil. Bununla belə, BCM əvvəllər məhkəmənin “uyğun hesab etdiyi hər hansı tədbiri görə biləcəyini” bildirib.
Qeyd edək ki, Roma Statutunu imzalayan ölkələr barəsində BCM tərəfindən həbs orderi verilmiş şəxsləri ölkə ərazisinə daxil olduqda saxlamaq və beynəlxalq məhkəməyə ekstradisiya etmək öhdəliyi götürüblər.
Musavat.com
15 Noyabr 2024
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ