İnsanlara hürriyət, millətlərə istiqlal!

Bazarlarda saxta kərə yağları satılır? - VİDEO

Bazarlarda kərə yağı adı ilə yağlar satılır. Alıcısı da kifayət qədərdir.

Bəs həmin məhsullar həqiqətən kərə yağıdırmı? Həmin yağlar yoxlamadan keçirilirmi?

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki,  "8-ci kilometr" bazarında çalışan satıcılar həmin yağların bazarlara müxtəlif bölgələrdən gətirildiyini deyirlər.

Satıcılar əsl kərə yağının nisbətən baha qiymətə satıldığını deyirlər.

Alıcılar isə deyirlər ki, saxta yağları əsl kərə yağından seçmək çox çətindir.

Onlar həmçinin bildirirlər ki, satdıqları məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən yoxlanılır.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bazarlarda tez-tez bu istiqamətdə reydlər aparılır. Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, qida obyekti qeydiyyata alınmalı və Qida Təhlükəsizliyi Reyestrinə daxil edilməli, bazarlarda yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş məhsullar satılmamalıdır. Satılan məhsulların soyuducu sistemlə təmin olunması, saxlama şəraiti, müvafiq sənədlərin, o cümlədən yağlarla bağlı müşayiətci sənədlərin, etiketlənməsini təmin olunması həyata keçirməlidir və bununla bağlı bazar rəhbəri məsuliyyət daşıyır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR