Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın hazırkı prezidenti Cosef Baydenin oğlu Hanter Bayden Rumıniyadan olan iş adamı Qabriel Popoviçdən milyonlarla dollar alıb.
Musavat.com xəbər verir ki, bu barədə “Assoşieyted Press” agentliyi ABŞ prokurorluğunun məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Hanter Baydenin bu əməli atası Co Baydenin vitse-prezident vəzifəsində çalışdığı zaman törətdiyi aydınlaşır. ABŞ Prokurorluğu müəyyən edib ki, vətənində istintaq altında olan Qabriel Popoviç Hunter Baydenin köməyi ilə daşınmaz əmlak fırıldaqçılığı ilə bağlı "ona qarşı irəli sürülən ittihamları mübahisələndirmək" istəyib. 2017-ci ildə iş adamı 7 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorlar iddia edir ki, kiçik Bayden və onun tərəfdaşı Popoviçlə razılaşıblar ki, Rumıniyadakı işi araşdırmaq üçün ABŞ dövlət qurumlarına təsir etmək üçün onlara pul ödəniləcək. Hanter və onun biznes ortağı 3 milyon dollardan çox pul alıb və bu pulu öz aralarında bölüşdürüblər.
Xatırladaq ki, ABŞ-da Hanter Baydenə qarşı silah saxlama maddəsi ilə də cinayət işi açılıb. Onu 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir. Hökm noyabrın 13-də Delaver ştatının məhkəməsi tərəfindən elan olunacaq. Bundan əvvəl münsiflər heyəti kiçik Baydeni hər üç ittiham üzrə təqsirli bilib
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ