İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin oğlu ABŞ Vergi İdarəsini məhkəməyə verdi

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden şəxsi həyatın toxunulmazlığı hüququnu pozduğuna görə ABŞ Vergi İdarəsini məhkəməyə verib.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Agentliyin yazdığına görə, Amerika prezidentinin oğlu hesab edir ki, ABŞ Vergi İdarəsinin iki əməkdaşı vergi məlumatlarını açıqlamaqla onun şəxsi həyatın toxunulmazlığı hüququnu pozublar. Hunterin iddiasında qeyd olunur ki, məlumat verənlərin federal müdafiəsi Konqres dinləmələri zamanı şəxsi vergi qeydlərinin açıqlanmasına imkan vermir.

Qeyd edək ki, Delaver ştatındakı böyük münsiflər heyəti ABŞ prokurorlarının Hunter Baydenə qarşı silahla bağlı 3 cinayətə görə irəli sürdüyü ittihamları təsdiqləyib. Bu ittihamlar sübuta yetirilərsə, Amerika prezidentinin oğlunu 25 ilə qədər həbs cəzası gözləyə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR