Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden yenə rəqiblərinə material "verib".
Zaman - zaman harada olduğunu, nə etdiyini unudan, bəzən xəyali adamlara salam verən, bəzən divara baxıb, dayanan Bayden bu dəfə də ilişib, qalıb.
Musavat.com xarici mediaya əsasən xəbər verir ki, bu dəfə hadisə Los-Ancelesdə, seçkiqabağı konsertdə baş verib. Belə ki, Amerika prezidenti getməli olduğu halda səhnədə dayanmağa davam edib.
Videodan da göründüyü kimi, onu keçmiş prezident Barak Hüseyn Obama vəziyyətdən çıxarıb. Obama naçar qalan prezidentin qolundan tutaraq, onu səhnədən düşürüb.
Əslində əlil vəziyyətdə olan və baxıcıya möhtac yaşlı birisini siyasətdən getməyə qoymamaq ən böyük günahdır.
Nəhəng Amerika dövləti yaşlı və anlaqsız bir qocanın ümidinəmi qalıb? Yoxsa onun bu durumundan istifadə edərək, müəyyən güclər öz istədiklərini həyata keçirirlər?
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ