İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden və Tramp arasında söz dueli qızışdı: "Düşmən özü və ətrafındakılardır..."

ABŞ prezidenti Co Baydenin “Tramp və onun tərəfdarları demokratiyamızın əsaslarını təhdid edir" fikirlərini Trampın cavabı gecikməyib. 

Musavat.com xarici mediaya istinadən bildirir ki, keçmiş ABŞ prezidenti Donald Tramp Pensilvaniyada çıxışı zamanı bunları bildirib:

“Bildiyiniz kimi, Co Bayden Filadelfiyaya gəldi və 75 milyon vətəndaşa "demokratiyaya təhlükə və ölkənin düşmənləri" deməklə, onlara böhtan atdı. Düşmən onun özü və ətrafında olanlardır. Onun çıxışı nifrət dolu idi. Yeri gəlmişkən, növbəti gün isə nə dediyini xatırlamayıb”,-deyə Tramp vurğulayıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR