Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden İsveçrədə təşkil olunacaq Ukrayna üzrə yüksək səviyyəli konfransda iştirak etməyi planlaşdırır.
Bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti mənbələrə istinadən məlumat yayıb.
ABŞ-ın Berndəki səfirliyinin sözçüsü qəzetə bildirib ki, “Prezident Bayden nümayəndə heyətində iştirakını təsdiq etməyib”.
Bununla belə, NZZ iyunun 13-dən 15-dək İsveçrənin qonşusu İtaliyada G7 sammitində iştirak edəcəyi gözlənildiyi üçün Baydenin Ukraynaya həsr olunmuş tədbirə qatılmaq şansının artdığını deyir. Bloomberg İsveçrədə Ukrayna ilə bağlı konfransın keçirilməsi üçün mümkün tarixlər kimi 16-17 iyun tarixlərini göstərib. Lakin İsveçrə Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləməyib.
Daha əvvəl İsveçrə hakimiyyəti aprelin ortalarına qədər konfransın tarixi və yeri barədə qərar vermək niyyətində olduqlarını bildirmişdi.
Yanvarda Bern Ukrayna prezidentinin İsveçrədə yüksək səviyyəli sülh konfransı keçirmək istəyinə müsbət cavab verib. Fevralın 23-də BMT-də keçirdiyi brifinqdə İsveçrənin xarici işlər naziri İqnazio Kassis belə bir forumun nazirlər səviyyəsində keçiriləcəyini bildirib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ