İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden İsraillə bağlı BU QANUNA veto qoyacaq

ABŞ Konqresi İsrailə silah tədarükünün dayandırılmasını qadağan edən qanun layihəsini qəbul etsə, Prezident Cozef Bayden ona veto qoymaq niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "The Hill" qəzeti Ağ Evə istinadən xəbər yayıb.

Qəzet qeyd edib ki, Bayden Nümayəndələr Palatasının respublikaçılarının ona İsrailə silah göndərməsi üçün təzyiq göstərmək məqsədilə hazırlanmış qanun layihəsinə veto qoyacaq.

Bayden İsrail ordusu Qəzza zolağında, Rəfahda əməliyyata başlayarsa, bu ölkəyə bəzi növ hücum silahları verməkdən imtina edəcəyi barədə xəbərdarlıq etdikdən sonra respublikaçılar qanun layihəsini təqdim ediblər.

Qanun layihəsi israilliləri dərhal müdafiə vasitələri ilə təmin etməyə çağırır, Baydenin təchizatı dayandırmaq qərarını pisləyir və İsrailin özünümüdafiə hüququnu təsdiqləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR