İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden İraqı Ukrayna ilə səhv saldı

ABŞ prezidenti Co Bayden insulini icad edən həkimlə danışdığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.

Co Bayden bu barədə Florida ştatında keçirilən tədbirdə tibbi sığortanın əhəmiyyətindən danışarkən bildirib:

"Çoxunuz diabetli və insulinə ehtiyacı olan birini tanıyırsınız. Şəkərli diabet üçün bu dərmanın hazırlanmasının nə qədər baha olduğunu bilirsinizmi? Bu, hər kəs üçün əlçatan olmasını istədiyi üçün həmin dərmana görə patent almayan bir adam tərəfindən icad edilib. Mən onunla söhbət etmişəm".

Xatırladaq ki, Frederik Bantinq və professor Con Ceyms Riçard Makleod 1921-ci ildə insulinin kəşfinə görə 1923-cü ildə tibb üzrə Nobel mükafatına layiq görülüblər. Bantinq 1941-ci ildə, Makleod 1935-ci ildə vəfat edib. Co Bayden isə 1942-ci ildə anadan olub.

ABŞ prezidenti həmin çıxışında İraqla Ukraynanı da səhv salıb, daha sonrakı ifadələri ilə hər kəsi daha da təəccübləndirib:

"Onlar inflyasiyadan danışırlar. İndi İraqdakı müharibə neftə təsir edir və Rusiyanın fəaliyyəti nəticəsində inflyasiya dünya miqyasında problemə çevrilib... bağışlayın, Ukraynadakı müharibə, mən İraq haqqında düşünürəm, çünki oğlum orada ölüb".

Lakin burada da prezidentin səhvə yol verdiyi görünür. Çünki Co Baydenin oğlu Bo Bayden 2015-ci ilin may ayında Merilend ştatının Betesda şəhərindəki "Walter Reed" Milli Hərbi Tibb Mərkəzində beyin xərçəngi xəstəliyindən 46 yaşında dünyasını dəyişib. O, 2009-cu ilin sentyabrında İraqda bir illik xidmətdə olub və orada hərbi hüquqşünas kimi fəaliyyət göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR