Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden İsrail və “HƏMAS”a etdiyi atəşkəs təklifi iləbağlı hər iki tərəfdən cavab gözləyir.
APA xəbər verir ki, bu gün Co Baydenin İsrail və HƏMAS-a verdiyi atəşkəs təklifi ilə bağlı Ağ Evdən təəccüblü açıqlama gəlib.
Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan mətbuata açıqlaması zamanı "Həmas bu razılığa "hə" desə, atəşkəs əldə olunacaq, girovlar evlərinə qayıdacaq, humanitar yardımlar artacaq və Fələstin xalqı üçün daha yaxşı günlər başlayacaq" deyə bildirib.
Qətərin paytaxtı Dohada olan “HƏMAS”ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə isə qəti cavab verərək “Xalqımız təslim olmayacaq, müqavimətimiz bu qatil düşmənə qarşı haqqımızı müdafiə etməyə davam edəcək” deyib.
Sullivan həmçinin “HƏMAS”dan hələ rəsmi cavab almamışıq. Cavab gözləyirik. Vasitəçilər Qətər və Misirdən də xəbər gözləyirik”; deyə sözlərinə əlavə edib.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ