İnsanlara hürriyət, millətlərə istiqlal!

Başqırdıstanda mədəndə qəza baş verib

Başqırdıstanda bu gün səhər saatlarında “Uçalinski DZM” Səhmdar Cəmiyyətinin “Skipo-Kletevaya” mədəninin şaxtasında qəza baş verib.

İlkin məlumata görə, texnoloji konstruksiya sökülən zaman üç işçi mədən şaxtasına düşüb.

Hadisə yerinə xilasedicilər cəlb olunublar. Nəticədə iki fəhlə 440 metr dərinlikdən qaldırılıb, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Uçalinskaya Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda mədən xilasediciləri 1 200 metr dərinlikdə daha bir işçini axtarırlar.

Qeyd edək ki, təxliyə olmayıb, mədən normal işləyir. Xilasetmə işlərinə ümumilikdə 16 nəfər və dörd texnika cəlb olunub.

Mənbə: bashinform.ru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR