Onlayn ictimai-siyasi qəzet
Qaqauziya kömək üçün Türkiyə Milli Məclisinə müraciət etməlidir, çünki bir vaxtlar muxtariyyət hüquqlarına hörmətin təminatçısı kimi məhz Ankara çıxış edib
Moldovanın cənubundakı Qaqauz muxtariyyətində vəziyyət hər ötən gün daha da gərginləşir. Xüsusən də muxtariyyətin Başkanı (rəhbəri) Yevgeniya Qutsul Moskvada Moldova hakimiyyət orqanları haqda bəyanatlardan sonra gərginlik daha da artıb. O, Qaqauziyanın Moldovadan müstəqilliyini elan etməsinin mümkünlüyünü və Kişinyovdan muxtariyyətlə bağlı hərbi təzyiq olacağı təqdirdə Rusiyadan kömək istəyəcəyini deyib.
Musavat.com “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, Moldova Sosial Demokrat Partiyasının lideri Viktor Şelinə görə, Qaqauziyanın kütləvi etirazlara sövq edilərək bunda Moskva günahlandırmaq istəyirlər.
Qaqauziyanın Başkanı və Muxtariyyət Xalq Məclisinin sədri Dmitri Konstantinov Moskvada olarkən Komratı (ərazi qurumunun paytaxtı) Moldova prezidenti Maya Sandu ziyarət edib. Şəhərdə onu etirazçılar - qadağan olunmuş Şor Partiyasının tərəfdarları qarşılayıb. O, polisin mühafizəsi altında universitet binasına daxil olub. Bu, etirazçılarda çaşqınlıq yaradıb, onlara Qaqauziya rəhbərinin birinci müavini İlya Uzun, Başkan müşaviri Mixail Vlah, ictimai xadimlər Aleksandr Panov, İvan Bessarab, İvan Kılçik, o cümlədən parlamentin deputatı Aleksandr Suxodolski və başqaları qoşulub. Onlar tələb ediblər ki, Maya Sandu “insanların qarşısına çıxsın” . Lakin bu baş verməyib.
Sandu ilə görüşə yerli administrasiyaların rəhbərləri və bəzi qaqauz deputatları gəliblər. Hüquq müdafiəçisi İvan Burqudjinin sözlərinə görə, onlar “Qaqauziyanın muxtariyyətini ləğv etməyə hazırlaşan” Moldova hakimiyyətinə etirazlarını bildiriblər. Qeyd edilib ki, Moldova parlamenti sahibkarlara ƏDV-nin əvvəlki kimi dövlət büdcəsindən deyil, regional büdcədən qaytarılması qərarı Qaquziyanın iqtisadiyyatına ciddi zərbə olub. Nəticədə yerli sahibkarlıq subyektləri respublikanın digər bölgələrində də öz müəssisələrini yenidən qeydiyyatdan keçiriblər. Qaqauziya Mərkəzi Seçki Komissiyasından, Apelyasiya Məhkəməsindən məhrum edilib . Bundan əlavə, mərkəzi hakimiyyət xalq tərəfindən seçilən Qaqauziyanın Başkanını qəbul etmək istəmir. O, qanunun tələb etdiyi kimi hökumətin tərkibinə daxil edilməyib, üstəlik “cinayətkar qrupla əlaqədə” ittiham olunaraq cinayət işi açılıb. Məsələ burasındadır ki, Başkan Şor Partiyasının nümayəndəsi kimi seçkidə qalib gəlib. Lakin bu partiya seçkidən dərhal sonra qadağan edilib, lideri saxtakarlıqda mühakimə olunur. Muxtariyyət Başqanı isə bu partiyanı təmsilçisi olmaqda israr edir və Moskvada olarkən ləğv olunmuş partiyanın lideri İlan Şorla görüşüb. Bu, isə Başkanı təkcə Moldova hakimiyəti ilə deyil, həm də Qaqauziya parlamentinin deputatlarını da narazı salıb, onlar da Şorun Moldova banklarından 1 milyard dolların çıxarılmasında əli olduğunu deyirlər.
Qaqauz Xalq hərəkatının lideri, hüquq müdafiəçisi İvan Burqudji “NQ”-ya deyib ki, “ Başqan şübhəsiz Şorun göstərişlərinə əməl edir” və muxtariyyətdə bir çoxları bunu bəyənmir. Bundan əlavə, o, Başkanın MİR kartlarından qaqauzların istifadə edə biləcəyi haqda vədini yerinə yetirəcəyinə inanmır: “Qaqauziyanın öz bank sistemi yoxdur, yalnız Moldova bankı fəaliyyət göstərir. Bizim özümüzə məxsus bankımız yoxdur. Söz verəcəklər, sonra da adamlara deyəcəklər ki, Sandu buna imkan vermədi. Qaqauz xalqına Moldovadakından daha ucuz vəd etdiyi qazla artıq bu baş verib”.
Qaqauz siyasətçisi hesab edir ki, Kişinyov Qutsulu Başkan vəzifəsindən uzaqlaşdırmağa çalışacaq, lakin məhkəmə onu təqsirli bilənə qədər ona qarşı qaldırılan cinayət işinin perspektivi yoxdur.
İvan Burqudji hesab edir ki, Kişinyov muxtariyyəti ləğv etmək üçün Başqana təzyiq göstərir. Amma xüsusilə Rumıniyanın baş naziri Marsel Çiolakunun Moldovanın ilhaqı haqda dediklərinə Kişinyovdan reaksiya verilməməsi “qaqauzların muxtariyyətin ləğvinə dözməyəcək” . İvan Burqudji hesab edir ki, Qaqauziya kömək üçün Türkiyə Milli Məclisinə müraciət etməlidir, çünki bir vaxtlar muxtariyyət hüquqlarına hörmətin təminatçısı kimi məhz Ankara çıxış edib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ