İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Qərargah rəisi Gerasimovla general Teplinski arasında ŞİDDƏTLİ MÜNAQİŞƏ

Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Rusiya Hərbi Hava Desant Qüvvələrinin komandanı Mixail Teplinski arasında konflikt daha da gərginləşir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat yayıb.

Qaynaqlar son vaxtlarda Hərbi hava desant qüvvələrində aparılan yoxlamalara diqqət çəkiblər. Mənbənin bildirdiyinə görə, Gerasimov yoxlamalara başlamaq əmrini şəxsən verib.

Gələn informasiyalara əsasən, Teplinskinin Rusiya ordusunda böyük nüfuzu var və bir çoxları onu Gerasimovun yerinə ən layqili şəxs hesab edirlər.

“Gerasimov indiyədək lider kreslosu uğrunda mübarizədə Teplinskiyə mümkün uduzacağını hiss edərək, Kremlin sahibinin gözündə Hava Desant Qüvvələrinin komandirini nüfuzdan salmaq üçün bütün mümkün vasitələrə əl atıb”, - deyə, informasiyada bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR