Onlayn ictimai-siyasi qəzet
"Barselona"nın prezidenti Xuan Laporta “Fənərbağça”nın gündəmində olduğu iddia edilən Robert Levandovski ilə bağlı önəmli açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, Laporta Levandovskinin “Barselona”da qalmaq istədiyini ifadə edib. O bildirib ki, futbolçuya bir sıra klublardan təkliflər var. Laporta "Robert Levandovski “Barselona”da qalmaq üçün vacib maliyyə təkliflərini rədd etdi" deyə bildirib.
Qeyd edək ki, ötən mövsüm 49 oyunda meydana çıxan Levandovski 26 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Polşalı superulduzun “Barselona” ilə müqaviləsi 2026-cı ildə başa çatır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ