Onlayn ictimai-siyasi qəzet
Barmaqların uyuşması hər yaşda insanda müşahidə oluna biləcək ümumi bir haldır. Lakin bu simptom bəzən ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bəs barmaqların uyuşması hansı sağlamlıq problemlərinə işarə edir və nə zaman həkimə müraciət etmək lazımdır?
Barmaqların uyuşmasının mümkün səbəblərini təqdim edirik:
Sinir sıxılması
– Karpal tunel sindromu: Biləkdə median sinirin sıxılması nəticəsində baş barmaq, şəhadət, orta və adsız barmağın bir hissəsində uyuşma və karıncalanma baş verir.
– Kubital tunel sindromu: Dirsək nahiyəsində yerləşən sinirin sıxılması ilə kiçik və üzük barmaqda uyuşma hissi yaranır.
Qan dövranı pozğunluqları
– Raynaud fenomeni: Soyuq hava və ya stress zamanı barmaqların rəngi dəyişir və uyuşma hissi yaranır.
– Damar tıxanıqlığı: Xüsusilə yaşlı və xolesterol/hipertoniya xəstələrində görülür, qan dövranı zəiflədikdə barmaqlarda uyuşma müşahidə oluna bilər.
Boyun fəqərələri və disk yırtığı
Boyun nahiyəsində sinirlərin sıxılması əllərdə və barmaqlarda uyuşma ilə nəticələnə bilər.
Duruş pozuntusu və təzyiq
Uzun müddət eyni vəziyyətdə qalmaq sinirlərə təzyiq edərək müvəqqəti uyuşmalara səbəb ola bilər.
Diabetik neyropatiya
Şəkərli diabet xəstələrində sinir ucları zədələndikdə əl və ayaqlarda uyuşma və iynəbatma hissi meydana çıxa bilər.
Nə zaman həkimə müraciət etməlisiniz?
Barmaqların uyuşması əgər:
– Uzun müddət davam edirsə
– Hər iki əldə eyni anda müşahidə olunursa
– Güc itkisi, əzələ zəifləməsi və çeviklik itkisi varsa
– Gecə yuxusunu pozursa
– Ağrı ilə müşayiət olunursa
– Əvvəllər keçirilmiş əməliyyat və ya travma varsa
bu zaman mütləq həkimə müraciət edilməlidir. Uyuşma bəzən müvəqqəti bir hal olsa da, arxasında ciddi bir sinir, qan dövranı və ya maddələr mübadiləsi pozuntusu dayana bilər.//E-saglam.az
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ