İnsanlara hürriyət, millətlərə istiqlal!

Barak Obama: “ABŞ-dakı siyasi iqlim dəyişməsə, daha çox insan zərər görəcək”

ABŞ-ın keçmiş prezidenti Barak Obama ölkədə daxili siyasi mühitin pisləşməyə doğru dəyişdiyi barədə xəbərdarlıq edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sabiq prezident Nümayəndələr Şurasının spikeri Nensi Pelosinin həyat yoldaşına hücumla bağlı qayğılarını dilə gətirib.

Onun fikrincə, ABŞ-da siyasi iqlim dəyişməsə, daha çox insan bunun əziyyətini çəkəcək.

Nevada ştatında Demokratların mitinqində çıxış edən keçmiş prezident bu günlərdə Pol Pelosi ilə danışdığını və onun vəziyyətinin yaxşı olduğunu söyləyib.

Lakin Obama ölkədə "elementar sivil və demokratik normaların aşınmasından" ciddi narahat olduğunu bildirib.

"Siyasi rəqibləri iblisləşdirmək kimi siyasətçilər arasında artan vərdiş təhlükəli ab-hava yaradır",- deyə Obama qeyd edib.

Keçmiş prezidentin fikrincə müxtəlif orqanlara seçilən şəxslər nəinki zorakılığı rədd etmir, əksinə öz ritorikaları ilə vəziyyəti qızışdırmağa çalışır. "Əgər bu, bizim yaratdığımız mühitdirsə, daha çox insan bundan (neqativ mənada) təsirlənəcək”,-deyə o vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR