Onlayn ictimai-siyasi qəzet
Uzun illər Banqladeşdə baş nazir Şeyx Hasinanın nəzarəti altında gizli yeraltı həbsxana "Güzgülər evi" fəaliyyət göstərib.
Musavat.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” keçmiş məhbuslara istinadən yazıb.
Bildirilir ki, 2009-cu ildə Şeyx Hasina hakimiyyətə qayıtdıqdan sonra respublikada repressiya dalğası başlayıb. Mitinq təşkil etdiyinə, etiraz əlaməti olaraq yolları bağladığına və sosial şəbəkələrdə paylaşım etdiyinə görə insanlara ittiham irəli sürülürmüş. O vaxtdan bəri insan haqları fəallarının hesablamalarına görə, Banqladeşdə 700-dən çox dissident izsiz yoxa çıxıb. Lakin real rəqəm bundan çox ola bilər.
Həmin illərdə Banqladeşdə hərbi kəşfiyyat orqanlarının rəhbərliyi altında “Aynagor” və ya “Güzgülər evi” adıyla bir neçə penitensiar müəssisə fəaliyyət göstərib. Keçmiş siyasi məhbuslar bəzən yuxarıdan hərbi paradların gurultusunun necə eşidildiyini xatırlayırlar. Həbsxana öz adını müəssisənin daxili siyasətinə görə alıb: məhbusların özlərindən başqa heç kimi görmək hüququ olmayıb. Məhkumlar vəhşi işgəncələrə məruz qalıb, pəncərəsi olmayan bir nəfərlik kameralarda saxlanılıb, 8 ildən bir təmiz havaya çıxarılıb. Kameraların hər biri böyük ventilyatorlarla təchiz edilibmiş və onların səs-küyü psixikaya əlavə təzyiq yaradaraq, məhbusları dəli edirmiş.
Avqustun 5-də kütləvi etirazlar fonunda Banqladeşin keçmiş baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib. O, Hindistana qaçıb, oradan Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ